Musa Şəkiliyevin həbs müddəti uzadıldı

14:55 13.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan icra başçısı Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.

Hafta.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının vəsatəti əsasında təqdimata baxılıb və Musa Şəkiliyev barəsində həbs qətimkan tədbiri 5 ay müddətinə uzadılıb.

Qeyd edək ki, DTX iyun ayında Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib və nəticədə icra başçısı saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Ötən il iyunun 21-də Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçmişdi, 14 oktyabrda isə həmin tədbir 4 ay müddətinə uzadılmışdı.

Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.